"Beşiktaş"ın futbolçusu iki klubumuza təklif olundu ÖZƏL

01:32 - 18 İyul 2013

Futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər

 

"Beşiktaş"ın hücumçusu Ali İhsan Şahin karyerasını ölkəmizdə davam etdirə bilər.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, futbolçu iki klubumuza təklif olunub. Bu barədə əməkdaşımızla söhbətində futbolçunun Azərbaycandakı işləri ilə məşqul olan meneceri Adil Mirzəzadə də təsdiqləyib. O, klublardan birinin "Xəzər Lənkəran" olduğunu deyib. Digər klubun isə adını çəkməyib. Mirzəzadə hal-hazırda "Xəzər Lənkəran"dan cavab gözlədiklərini bildirib. Bundan əlavə, futbolçunu Super Liqa təmsilçisi "Kayserispor"da transfer etmək istəyir. "Kayserispor" futbolçu üçün 250 000 avro ödəməyə hazırdır.

 

Qeyd edək ki, Ali İhsan Şahin 1993-cü ildə, 25 iyulda anadan olub. O, "Beşiktaş"ın əvəzedici komandasında çıxış edir. Keçən mövsüm əsas komanda ilə məşqlərdə iştirak edib.

Xəbər xətti