"Rəqibin orta xətti problemli idi və oradan yaxşı istifadə etdik"

23:59 - 18 İyul 2013

Qurban Qurbanov: "Sizin düşündüyünüz hücumçu dünyada 4-5 nəfərdir"

 

"Hamını salamlayıram. Oyundan razı qaldıq. Meydanda hamı sona qədər mübarizə apardı. Bu gün ən balacaboy futbolçularımız onların hündürboy oyunçularına uduzmadı. Maraqlı oyunun şahidi olduq. Çalışdıq ki, qələbə qazanaq. İlk qol bizim planlarımızda yox idi. Komandam çalışırdı ki, onaları cərimə meydançamıza buraxmayaq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Piast"la oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Oyunçularından razı qalan təcrübəli mütəxəssis fikrini belə izah edib:

 

"Oyunçularım xarakter nümayiş etdirdiler. Riçard Almeydanın gözəl qolu ilə  önə keçdik və yenə də onun gözəl reydi ilə ikinci qolu vura bildik. Onlar ilk dövrədə yaxsı oyun oynamışdılar Onlar öz meydanlarinda çox güclü oynayırlar. Çalişacağıq ki, biz onalrin həm komandasina, həm də azarkeşlərinə qarşı oynayaq. Bu gün biraz hakimə etiraz etdim. Belə edən deyilem, amma Reynaldonun epizodunda sarı vərəqə yox idi.  Buna da öz etirazımı bildirdik. Gelaşvilini siz görəcəksiniz ki, necə futbolçudu. Onlar yaxşı müdafiə olunurdular. Çox sıx oynayırdılar. Amma belə deyək də, çalismisdim ki, yaxşı analiz edim. Gelaşvili də, hamı da yaxşı oynadı. Mən birbaşa deyəcəm, hücumçu probleminə çox toxunursunuz. "Neftçi"də də gördüm ki, yenə də hücumçu probleminə toxunmusunuz. Hamı çıxıb qol vura bilməz. Oyunçular gorersen ki, az topla oynayir, amma sənə daha çox xeyir verir. Sizin düşündüyünüz hücumçu dünyada 4-5 nəfərdir. Bizim komandada heç kim oyun dsiplininden qopmadi. Futbol get-gede dəyişir və cətinləşir. Buraxılan qol rəqibin üstünlüyüdür. Çalışacağıq ki, orada qol vuaraq. Aqresiv oyun nümayiş etdirib, nailiyyət əldə edəcəyik. "Piast" gözlədiyim kimi çıxdı. Necə görürdümsə elə də oynadılar. Orta xətti bir az problemli idi. Biz onu gördük və oradan istifadə etməyə başladıq. 4 nömrəli futbolçularının o mövqedə olmaması bizim üçün rahat oldu. Düşünürəm ki, futbolçualrıma yaxşı istirahət vermişdim və meydanda yatmamışdılar. Sadəcə olaraq oyunu açmaq üçün çalışırdılar. Muradı oyuna almağım Vüqara əsəbiləşməyimlə əlaqəli idi. Başqa oyunçuları salmaqla isə oyunda sennarini dəyişmək istədim. Leroy hələ tam hazır deyil keçən dəfə hazırlıq matçında meydana buraxdım ki,  praktikası artsın. Elə komandalar var ki, yaxşı futbol nümayiş etdirir və onlarla oyun qurmaq asandı bu elə bil komada idi ki, bunlarla oyun qurmaqda çətinlik çəkdik Çox təhlükəli standart vəziyyətləri var. Belə də şübhəsiz desəm çempionluğa layiq komandadı".

Xəbər xətti