"Lans" "Anje" klubuna 2:1 hesabı ilə qalib gəldi
Hafiz Məmmədovun sahibi olduğu Fransanın tanınmış futbol klubu “Lans” Liqa Kubokunun növbəti mərhələsinə yüksəlib.
Sportal.az xəbər verir ki, bu dəfə “Lans” “Anje” klubuna 2:1 hesabı ilə qalib gələrək Fransa Liqa Kubokunun ikinci mərhələsinə vəsiqə qazanıb. Formalarında Azərbaycanın adını daşıyan klub Valvidiya və Tusqarın vurduğu qollar sayəsində qələbə qazanıb.
Qeyd edək ki, “Lans” Fransa Liqasının 2 mərhələsində “Kretey” klubu ilə qarşılaşacaq. Oyun 28 avqust tarixində “Feliks Bollar” stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi