"Barselona"ya iki dəfə "yox" demək mənim üçün çox çətin oldu"

15:37 - 8 Sentyabr 2013

Tyaqo Silva: "Biz də ailə saxlayırıq"  
 
PSJ-nin müdafiəçisi Tyaqo Silva “Barselona” və bu komandaya keçidinin alınmamasından danışıb. 
 
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu iki dəfə təklif aldığını, amma katalonlara rədd cavabı verdiyini deyib:
 
“Barselona”ya iki dəfə “yox” demək mənim üçün çox çətin oldu. Uşaqlığımdan bu komandaya azarkeşlik etdiyimi heç vaxt gizlətməmişəm. Həmişə “Barselona”da oynamağı arzulamışam. Amma həyat çətin qərarlarla doludu. Bəzən istəmədiyin bir addım atırsan".
 
Silva belə qərar verməsinə səbəb kimi maliyyə məsələlərinin olduğunu inkar etməyib:  
 
"İnsanlar həmişə deyir ki, futbolçular pul üçün oynayır və yalnız pulu fikirləşir. Amma onlar unudur ki, bizim də ailəmiz var, biz də ailə saxlayırıq”.  

Xəbər xətti