"İngilis futbolu xoşuma gəlmir"
PSJ-nin hücumçusu Edinson Kavani İngiltərə çempionatını bəyənmədiyini deyib.
Sportal.az xəbər verir ki, fransız mətbuatına danışan uruqvaylı futbolçu bu səbəbdən ingilis klublarının təklifini rədd etdiyini söyləyib:
“Bir neçə il dalbadal İngiltərə çempionatından cəlbedici təkliflər almışam. Buna baxmayaraq dərhal rədd cavabı vermişəm. İngilis futbolu xoşuma gəlmir. Buna görə də heç vaxt İngiltərə Premyer Liqasında oynamaram”.
Qeyd edək ki, Kavani 56 milyon avro qarşılığında “Napoli”dən PSJ-yə keçib. Bu mövsüm Liqa 1-də 3 oyunda iki dəfə fərqlənib.
saytlarin hazirlanmasi