Liderlərin duelində xallar yarıya bölündü
	 
	Fransa çempionatında VI tur başa çatıb.
	 
	Sportal.az xəbər verir ki, turun son oyun günündə 4 qarşılaşma keçirilib. Turun mərkəzi oyununda PSJ “Monako”nu qəbul edib. Heyətində bir çox ulduz futbolçu olan komandalar meydandan sülhlə ayrılıb. PSJ-də İbrahimoviç, “Monako”da isə Falkao rəqib qapısına yol tapıb. Hazırda turnir cədvəlinə “Monako” 14 xalla başçılıq edir. PSJ isə ikinci pillədədir. 
	 
	“Lion” doğma meydanda “Nant”ı 3:1 hesabı ilə məğlub edərək aktivinə 3 xalı yazdırıb. “Nitsa” “Valensiyen” oyununda isə darmadağın qeydə alınıb: 4:0. Digər matçda isə azarkeşlər 6 qolun şahidi olub 3:3.
	 
	Qeyd edək ki, növbəti tur ayın 25-də başlayacaq. Bu turun oyunları eyni gündə və eyni saatda keçiriləcək. 
	 
	Fransa Liqa 1: 6-cı tur
	 
	22 sentyabr
	 
	“Loryen” – “Bordo” 3:3
	Qollar: Aboubakar, 23, Paquet, 44, Sadio, 58,   -  Diabate, 8 (p), Sertiç, 24, Seve, 30 
	 
	“Nitsa” – “Valensiyen” 4:0
	Qollar: Çvitaniç, 32, (p), Boteak, 45, Brüls, 69, Bozetti, 73
	 
	“Lion” – “Nant” 3:1
	Qollar: Qomis, 27, Qrenier, 55, Briand, 73  -  Veretout, 24
	 
	PSJ – “Monako” 1:1
	Qollar: İbrahimoviç, 5   -  Falkao, 21 
	 
	
	 
                      
saytlarin hazirlanmasi