"Bakı" "Top Resa" sərgisində

15:22 - 24 Sentyabr 2013

Ölkəmizi paytaxt klubu təmsil edir
 
Bu gün Fransanın paytaxtı Parisdə “Top Resa” beynəlxalq turizm sərgisi öz fəaliyyətinə başlamışdır.
 
Sportal.az "Bakı"nın rəsmi saytına istinadən xəbər verir ki, dünyanın bir çox ölkələrindən gələn qonaqlar tərəfindən maraqla izlənilən sərgidə ölkəmiz də təmsil olunur. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın idman sektorunu "Bakı" təmsil edir. Kluba aid stendə Azərbaycan, "Bakı" və "Lans" futbol klubları haqqında maarifləndirici video çarxlar nümayiş etdirilir, eləcə də müvafiq təşviqat yönümlü məhsullar sərgilənir. Sərginin ilk günündən sərgi iştirakçıları və qonaqlar “zolaqlılar”a məxsus guşəni xüsusi maraqla izləyirlər. Sərgi 27 sentyabr tarixinədək davam edəcək. İki gün sonra isə “Port de Versal” Mədəniyyət və turizm kompleksində “Bakı” və “Lans” arasında əməkdaşlığ sazişinin təqdimetmə mərasimi keçiriləcəkdir. Tədbirdə "Bakı" və "Lans" klublarının yüksək səviyyəli rəhbərliyinin, futbolçularının, Azərbaycan və Fransanın kütləvi informasiya vasitələrinin, Fransanın Olivye Dakur, Jan Pyer-Papen kimi tanınmış futbol simalarının da iştirakı gözlənilir.  

Xəbər xətti