Mata "Çelsi"ni tərk edə bilər
"Çelsi" klubunun yarımmüdafiəçisi Xuan Mata karyerasını Fransa Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, İspaniyalı futbolçu ilə PSJ klubu yaxından maraqlanır.
Paris təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün 35 milyon avrosundan keçməyə hazırdır. Tərəflər arasında razılıq əldə olunarsa, Mata yanvar ayından PSJ-nin şərəfini qoruyacaq.
Qeyd edək ki, Mata 2011-ci ildə "Valensiya"dan "Çelsi"yə transfer olunmuşdu.
saytlarin hazirlanmasi