1222 dəqiqədən sonra qol vuran hücumçu:"Qolsuzluq əvvəl-axır bitməli idi”

02:21 - 13 Oktyabr 2013

"Çoxdandır ki, bir oyunda 6 qol vurmurduq"
 
Fransa yığmasının hücumçusu Kərim Benzema Avstraliyaya 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında komandasının qollarından birinə imza atdı.
 
Sportal.az xəbər verir ki, bununla da, “Real”ın forvardı 1222 dəqiqədən sonra “xoruzlar”ın heyətində fərqləndi. Oyundan sonra açıqlama verən Benzema sevincini gizlətməyib: “Əla qələbə qazandıq. Çoxdandır ki, bir oyunda 6 qol vurmurduq. Nəhayət ki, millinin heyətində növbəti qolumu vurdum. Qolsuzluq əvvəl-axır bitməli idi”. 

Xəbər xətti