"Neftçi"yə iki bəd xəbər

14:52 - 26 Oktyabr 2013

Kardozo 3 həftə oynaya bilməyəcək
 
"Neftçi"nin müdafiəçisi Karlos Kardoso üç həftə yaşıl meydanlardan kənar qalacaq.
 
Sportal.az xəbər verir ki, Naxçıvanda keçirilən “Xəzər Lənkəran”la Super Kubok matçında kəllə-beyin travması alan braziliyalı futbolçu hazırda müalicə olunur.
 
Bu üzdən onun sabah keçiriləcək “Simurq”la oyunda, eləcə də növbəti görüşlərdə forma geyməyəcəyi dəqiqdi.
 
Maraq üçün bildirək ki, “Neftçi” Zaqatala klubu ilə qarşılaşmada daha bir aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək. Bu, yarımmüdafiəçi Araz Abdullayevdi. Kardosodan fərqli olaraq, Araz sarı vərəqə limitini keçdiyinə görə cəzalı duruma düşüb.

Xəbər xətti