Falkao qol vurur, amma "Monako" qələbə qazana bilmir VİDEO

11:09 - 9 Noyabr 2013

Oyun 1:1 hesablı bərabərliklə başa çatıb
 
Fransa Liqasında XIII tura start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
"Monako" öz meydanında "Evian"ı qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
 
Qeyd edək ki, tura noyabrın 11-də keçiriləcək bir oyunla yekun vurulacaq.
 
8 noyabr
 
Fransa Liqası, XIII tur
 
"Monako" - "Evian" - 1:1
Qollar: Daniel, 20 (0:1), Falkao, 27 (1:1)
 
 
 

Xəbər xətti