İbrahimoviç adını PSJ-nin tarixinə yazdırdı

14:18 - 5 Dekabr 2015

Ən çox qol vuran futbolçu
 
Fransa Liqasının 17-ci turunda "Nitsa" ilə oyun PSJ-nin hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.
 
Sportal.az xəbər verir ki, Paris təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi görüşdə isveçli forvard dublla yadda qalıb. PSJ forması ilə meydana çıxdığı 103-cü matçında 87-ci qoluna imza atan İbrahimoviç klub tarixinə keçib. 34 yaşlı futbolçu PSJ-nin Fransa Liqasında ən çox qol vuran oyunçusu olub.

Xəbər xətti