"Anje" heyətini iki futbolçu ilə gücləndirdi
Fransa I Liqasında mübarizə aparan "Anje" klubu heyətinə iki futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, Liqanın debutantı "Troya"nın qapıçısı Denis Petriçi və "Standard" Lyejin hücumçusu Mohamed Yattaranı heyətinə qatıb. Sloveniyalı qolkiperlə 2,5 illik müqavilə imzalanıb. 22 yaşlı qvineyalı hücumçu Mohamed Yattara isə mövsümün sonuna kimi icarə əsasında "Anje"də çıxış edəcək.
Qeyd edək ki, "Anje" Fransa I Lİqasında 19 turdan sonra 31 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi