PSJ futbolçusu ilə müqaviləni yeniləyir

22:48 - 5 Yanvar 2016

2020-ci ilə qədər
 
PSJ klubu italiyalı yarımmüdafiəçisi Marko Verratti ilə müqaviləni uzadacaq.
 
Sportal.az xəbər verir ki, bu haqda məlumatı 23 yaşlı futbolçunun meneceri Donato Di Kampli verib:
 
"Verratti PSJ-də qalacaq. Yeni müqavilənin şərtləri ilə razılaşmışıq. Azı, 2020-ci ilə qədər PSJ ilə müqaviləni uzadacaq".
 
Qeyd edək ki, Marko Verratti 2012-ci ildən PSJ-də çıxış edir.

Xəbər xətti