"Çelsi" geri qaytarmaq istəyir
Monako icarə əsasında "Çelsi"də çıxış edən futbolçusu Radamel Falkaonu geri qaytarmq istəmir.
Sportal.az xəbər verir ki, bu haqda klubun rəsmisi Vadim Vasilyev jurnalistlərə açıqlamasında bildirib:
"Falkao hazırda zədəlidir. 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq. "Çelsi" kolumbiyalını vaxtından əvvəl qaytamaq istəsə də, biz bu təklifi rədd etdik. Zədəli futbolçunun bizə faydası olmayacaq".
Xatırladaq ki, "Monako" ilə 2018-ci ilə qədər müqaviləsi olan Radamel Falkao bu mövsüm 1 qol vurub.
saytlarin hazirlanmasi