"Monako"nun futbolçusunun ayağı sındı

17:05 - 8 Fevral 2016

Yaşıl meydanlara dönəcəyi hələ məlum deyil

 

Fransanın "Monako" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "knyazlıq" klubunun aparıcı futbolçusu Fabio Koentraonun zədələnib.

 

Fransa çempionatının 25-ci turunda "Nitsa"lə qarşılaşmanın 12-ci dəqiqəsində zədələnib meydanı tərk edən futbolçunun durumunun ciddi olduğu aşkarlanıb. Matçdan sonra keçirilən tibbi müayinədən sonra portuqaliyalı müdafiəçinin ayağının sındığı məlum olub. 27 yaşlı futbolçunun nə vaxt yaşıl meydanlara dönəcəyi hələ məlum deyil.

Xəbər xətti