Sosial şəbəkədə baş məşqçisini təhqir etdiyi üçün ÇL-dan kənarda qaldı

16:50 - 15 Fevral 2016

PSJ Oryeni cəzalandırıb

 

Fransanın PSJ klubu  futbolçusu Serj Oryeni cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb müdafiəçinin "periscope" sosial şəbəkəsində baş məşqçi və bəzi komanda yoldaşlarını təhqir etməsi olub.

 

23 yaşlı müdafiəçini əsas komanda ilə məşqlərdən kənarlaşdırıb. Ona qarşı intizam işi açılıb. Kot D'İvuarlı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində "Çelsi"yə qarşı oyunda iştirak etməyəcək.

Xəbər xətti