PSJ qalmaqallı futbolçu haqda qərarını verdi

11:00 - 27 Fevral 2016

Əvəzedici heyətə göndərildi
 
Sosial şəbəkədə baş məşqçi və bəzi komanda yoldaşlarını təhqir edən Serje Oryerin cəzası məlum olub.
 
Sportal.az xəbər verir ki, PSJ kot-d-ivuarlı müdafiəçini əsas heyətdən uzaqlaşdırıb. 23 yaşlı futbolçu 20 marta qədər əvəzedici heyətdə çıxış edəcək.
 
Xatırladaq ki, Serje Oryer "periscope" sosial şəbəkəsində komandanın baş məşqçisi Loran Blan, hücumçusu Zlatan İbrahimoviç və digər komanda yoldaşlarını təhqir etmişdi.

Xəbər xətti