Van der Vil də gedir
Hollandiya milli komandasının üzvü Qreqori van der Vil PSJ-dəki gələcək karyerası ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Paris klubundan ayrılacağını açıqlayıb:
"PSJ-də xoşbəxt deyiləm. Bir həftə ehtiyat oyunçular skamiyasında oturduqda, növbəti həftə Çempionlar Liqasının ¼ final mərhələsində vacib oyuna çıxıram. Burada qalmağı düşünmürəm".
Qeyd edək ki, Van der Vilin adı bir müddət Türkiyənin "Qalatasaray” klubu ilə birgə hallanırdı. Tərəflər arasında danışıqlar olsa da, maliyyə məsələsi transferin baş tutmasını əngəlləşdirmişdi.
saytlarin hazirlanmasi