"Lester"in "qol silahı"nın cəzası uzadıldı

18:49 - 26 Aprel 2016

Vardi "Mançester Yunayted"də oyunu buraxacaq
 
İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan "Lester”in əsas futbolçusu Ceymi Vardi XXXVI turda "Mançester Yunayted”lə səfər matçında komandasına kömək edə bilməyəcək.  
 
Sportal.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası Vardini əlavə bir oyunluq diskvalifikasiyaya məruz qoyub.  Buna futbolçunun Premyer Liqanın XXXIV turunda "Vest Hem”lə qarşılaşmada (2-2) meydandan qovulduqdan etdiyi yolverilməz hərəkət səbəb olub. 29 yaşlı forvard qırmızı vərəqə aldıqdan sonra oyunun baş hakimi Con Mossun ünvanına xoşagəlməz ifadələr işlədib.  Vardiyə həmçinin 10 min funt sterlinq pul cəzası da verilib. 
 
Qeyd edək ki, Vardinin komandası növbəti turda çempionluğunu rəsmiləşdirə bilər. "Tülkülər” bunun üçün "Mançester Yunayted”i məğlub etməlidi. 

Xəbər xətti