3 oyunluq cəzalandı
İngiltərə Premyer Liqasında mübarizə aparan "Tottenhem"in futbolçusu Dele Alli üçün erkən başa çatıb.
Sportal.az xəbər verir ki, Premyer Liqanın 34-cü turunda "Vest Bromviç Albiona"a qarşı matçda (1:1) rəqib futbolçu Klaudio Yakobun qarnına yumruq zərbəsi endirən Alli, İngiltərə Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalanıb.
Premyer Liqanın bitməsinə 3 tur qaldığı üçün Dele Alli mövsümü artıq erkən başa vurmalı olub.
Xatırladaq ki, Dele Alli Premyer Liqada mövsümün ən yaxşı gənc futbolçusu seçilib.
saytlarin hazirlanmasi