"Futbolçularım çempionluğa layiq idilər"
"Lester Siti"nin "Çelsi" - "Tottenhem" (2:2) matçından sonra çempionluğunu rəsmiləşdirdiyi haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, tarixində ilk dəfə çempiona olan "tülkülər"in çalışdırıcısı Klaudio Ranyeri açıqlama verib:
"Çox qürurluyam. Oyunçularımla, prezidentimlə, bütün məşqçi heyəti ilə, azarkeşlərimizlə və bütün şəhərin sakinləri ilə fəxr edirəm. Çempionluq möhtəşəm bir hissdir. Leicester'ə gələndə belə bir uğur qazanacağımı gözləmirdim. Oyunçularım fantastik oyun nümayiş etdirdilər. Sona qədər inandılar və vuruşdular. Onları sevirəm. Futbolçularım çempionluğa layiq idilər".
saytlarin hazirlanmasi