Zlatan İbrahimoviç: "Mən bura şah kimi gəldim, əfsanə kimi gedirəm"

12:50 - 13 May 2016

"Sabah PSJ-də son oyunuma çıxacağam"
 
PSJ-nin isveçli ulduz futbolçusu Zlatan ibrahimoviç sabah PSJ-də son oyununa çıxacağını bildirib.
 
Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu bu haqda rəsmi "facebook" səhifəsində verib:
 
"Sabah PSJ-nin heyətində son oyunuma çıxacağam. Mən bura şah kimi gəldim, əfsanə kimi gedirəm".
 
Qeyd edək ki, Zlatan İbrahimoviç PSJ-nin heyətində 178 oyun keçirib və 152 qol vurub.

Xəbər xətti