PSJ-də növbəti ayrılıq

14:21 - 15 May 2016

Müqaviləsi yenilənməyəcək
 
Fransa I Liqasında bu mövsüm çempionluq sevinci yaşayan PSJ-də Zlatan İbrahimoviçin ardından növbəti ayrılıq gerçəkləşib.
 
Sportal.az xəbər verir ki, parislilər müqaviləsi başa çatan hollandiyalı müdafiəçi Qreqori Van Der Villə müqaviləni yeniləməyib. PSJ rəsmi saytından futbolçuya etdiyi xitdmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar azulayıb.
 
Xatırladaq ki, Qreqori Van Der Vil 2012-ci ildə "Ayaks"dan PSJ-yə üz tutmuşdu.

Xəbər xətti