Kavani qərarını verdi
PSJ-nin futbolçusu Edinson Kavani haqqında çıxan xəbərlər barədə danışıb.
Sportal.az xəbər verir ki, Uruqvay milli komandasının forvardı PSJ-dən ayrılacağı ilə bağlı yayılan iddialara cavab verib. Hücumçu Paris təmsilçisini tərk etmək niyyətində olmadığını bildirib: "Özümü Parisdə çox xoşbəxt hiss edirəm. Təkrar-təkrar demək istəyirəm ki, PSJ ilə davam etməkdə olan müqaviləm var”.
29 yaşlı hücumçu adının son İtaliya çempionu "Yuventus”la birgə hallanmasına da münasibət bildirib: "Xəbərlər və şərhlər jurnalistlərin fikridir. Mən peşəkar futbolçuyam və şərəfini qoruduğum komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”.
Qeyd edək ki, Edinson Kavani bu mövsüm PSJ-nin heyətində 19 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi