Polisləri təhqir etdi
PSJ-nin və Kot-d-İvuar millisinin futbolçusu Serje Oryer həbs edilib.
Sportal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi dünən axşam saatlarında gecə klublarını tərk edərkən polislərlə dalaşıb. Oryer polisləri təhqir etdiyi üçün bölməyə aparılıb. Bu xəbəri PSJ klubu da təsdiqləyib.
Xatırladaq ki, Serje Oryer daha əvvəl sosial şəbəkədə komandanın baş məşqçisi Loran Blanı və futbolçuları təhqir etdiyi üçün heyətdən uzaqlaşdırıımışdı.
saytlarin hazirlanmasi