"Qəbələ"nin rəqibi qalib gəldi

11:13 - 22 İyul 2016

Yoxlama matçı
 
Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Fransanın "Lill" klubu yoxlama matçı keçirib.
 
Sportal.az xəbər verir ki, "Lill" Belçikanın "Vasland-Beveren" klubu ilə yoxlama matçında qüvvəsini sınayıb. Oyun "Lill"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
"Lill" oyunda bu heyətlə mübarizə aparıb:
 
Enyema, Korçia, Siveli, Basa, Palmieri - Mavuba (k), Amalfitano, Benzia - Boteaç, Mendeş, Lopes
 
"Lill" 1 - 0 "Vasland-Beveren"
QOL: Erik Boteaç, 29

Xəbər xətti