Avropa çempionu "Lill"ə qoşuldu, "Qəbələ" ilə oyunu gözləyir

15:18 - 25 İyul 2016

Eder qayıtdı
 
Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Lill" klubunun hücumçusu Eder Fransaya qayıdıb. 
 
Sportal.az xəbər verir ki, AÇ-2016-nın finalında qələbə qolunu vuraraq Portuqaliyanı qitə çempionu edən futbolçu iki həftəlik istirahətin ardından "Lill"in düşərgəsinə qoşulub. 
 
Qeyd edək ki, iyulun 28-də Fransada keçiriləcək "Lill" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər xətti