"Bordo"nun "Milan"dan yeni transfer etdiyi Jeremi Menez debüt oyununda xoşagəlməz hadisə ilə üzləşib.
Sportal.az xəbər verir ki, "Bordo" - "Loryan" yoxlama görüşündə Didye Ndonq Menezin başını tapdalayıb. Menezin qulağının bir hissəsi qopub.
Həkimlər onun əməliyyata ehtiyacı olduğunu bildiriblər.
Qeyd edək ki, Jeremi Menez bir neçə gün öncə "Milan"dan "Bordo"ya transfer olunub.