"Lill"in yeni transferi: "Qəbələ"yə məğlubiyyət məni şoka saldı"

11:58 - 13 Avqust 2016

"Uzun müddət gözlədim və nəhayət ki, "Lill”ə keçidim baş tutdu. Təəssüf ki, Avropa Liqasının oyunlarında komandaya kömək edə bilmədim. Düzü, klub rəhbərliyi iləçoxdan razılaşmışdım. Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ” ilə oyunlarda iştirak edəcəyimi düşünürdüm. Ancaq alınmadı”.
 
Sportal.az xəbər verir ki, bu sözlər Fransanın "Lill”komandasının "Mets”dən yeni trasnfer etdiyi Nikola de Previlliyə məxsusdur. 
 
"Lill”Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ”yə məğlub olub və turnirlə vidalaşıb. Sözügedən oyunları izlədiyini bildirən 25 yaşlı hücumçu komandasının "Qəbələ”yə məğlub olacağını gözləmədiyini deyib: 
 
"İstənilən halda, "Lill”ə keçəcəyimi bilirdim. Ona görə də, "Lill”in avrokubokdakı son oyununu böyük həyəcanla izlədim. Təəssüf ki, komandamız rəqiblə oyunları üstün keçirməsinə baxmayaraq, mərhələ adlamağı bacarmadı. Düzü, səfərdəki son məğlubiyyət məni şoka saldı. Artıq həmin məğlubiyyəti unutmalı və çempionata köklənməliyik. Ümid edirəm ki, növbəti mövsüm Çempionlar Liqasında mübarizə apararıq”.

Xəbər xətti