Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" klubunun qapıçısı Stefan Ruffye 3 oyunluq cəzalandırılıb.
Sportal.az xəbər verir ki, Ruffye Avropa Liqasının pley-off mərhələsində İsrailin "Beytar" klubu ilə keçirilən cavab matçında rəqib futbolçunu qəsdən vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. UEFA 30 yaşlı futbolçuya 3 oyunluq cəza verib.
Ruffye "Maynts", "Anderlext" və "Qəbələ" ilə keçiriləcək ilk oyunları buraxacaq.
saytlarin hazirlanmasi