"Qəbələ"nin rəqibinin baş məşqçisi narazıdı: "Sanki göbələk xəstəliyinə tutulub"

14:14 - 21 Sentyabr 2016

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ”nin qrup mərhələsindəki rəqibi Fransanın "Sent-Etyen” klubunun baş məşqçisi Kristofe Qaltye ev oyunlarını keçirdikləri "Joffrua Qişar” stadionunun ot örtüyündən narazı olduğunu bəyan edib. 
 
Sportal.az xəbər verir ki, mütəxəssis klubun rəsmi saytına verdiyi müsahibədə bu barədə danışıb.  Çalışdırıcı stadionun sanki göbələk xəstəliyinə tutulduğunu vurğulayıb:
 
"Ötən bazar günü keçirdiyimiz ev oyununda yaxşı meydança arzusunda idim. Sadionun texniki işçilərinin izahatına qulaq asdım. Almaniyanın "Bavariya” klubunun ev oyununu televiziya vasitəsi ilə izləmişəm. Onların da meydançası bərdad vəziyyətdə idi. Onların büdcəsi bizdən çox olsa da, stadionu qorumaqda çətinlik çəkirlər. Bizim meydança isə göbələk xəstəliyinə tutulub. Hazırda texniki heyət stadionun qazonunu bərpa etmək üçün əlindən gələni edir".

Qeyd edək ki, "Qəbələ" "Sent-Etyen"lə oktyabrın 20-də Fransada, noyabrın 3-də isə Bakıda qarşılaşacaq.

Xəbər xətti