Balotellinin qırmızı vərəqəsi ləğv olunacaq

01:30 - 4 Oktyabr 2016

Fransa I Lİqasının son turunda “Loryen”lə görüşdə oyunun sonnlarında 6 dəqiqəyə 2 sarı vərəqə alaraq meydandan qovulan “Nitsa”nın hücumçusu Mario Balotellinin aldığı qırmızı vərəqə ləğv olunacaq. 

 

Sportal.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, oyunun baş hakimi Olivye Tual səhvini boynuna alıb. O, Balotelliyə göstərdiyi 2-ci sarı vərəqədə səhvə yol verdiyini bildirib. 

 

Super Marionun qırmızı rəsmən ləğv olunacaq və 26 yaşlı forvard oktyabrın 14-də “Lion”a qarşı keçiriləcək matçda meydana çıxa biləcək. 

Xəbər xətti