Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan Fransanın “Sent Etyen” klubu ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın hücumçusu Romeyn Amuma sıradan çıxıb. 29 yaşlı forvard Fransa I Lİqasının son turunda “Lion”a qarşı keçirilən görüşdə zədələnib.
“Sent Etyenn”in əsas heyət üzvü olan fransalı futbolçu 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu səbəbdən Amuma “Qəbələ”yə qarşı keçiriləcək görüşlərdə meydana çıxa bilməyəcək.
Xatırladaq ki, “Qəbələ” “Sent Etyenn”lə səfərdə oktyabrın 20-də, evdə isə noyabrın 3-də qarşılaşacaq.
saytlarin hazirlanmasi