Roberto Mançini Balotelliyə hərəkətlərinə görə xəbərdarlıq edib.
Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis futbolçuya “qol vurduqdan sonra köynəyini çıxarmağı dayandır!” - deyə bildirib. Hazırda klubsuz olan Mançini açıqlamasında sabiq futbolçusu Balotelli barədə danışıb:
“Hər kəs Mario haqqında nəysə deyir. Ancaq mən düşünürəm ki, bu onun üçün çox yorucudur. O fantastikdir. Etdiyi hər şeydə xüsusiliyə malik ola bilir. Balotelli özünü “Nitsa”da çox yaxşı göstərir. Artıq çox qolun müəllifi olub və 20 qol vura bilər. Lakin Balotelli yadda saxlamalıdır ki, geyindiyi forma hər zaman onun əynində qalmalıdır. Hər dəfə onu çıxarmamalıdır. Qol vurmaq artıq adi bir haldır onun üçün”.
Mançini Balotelli ilə ilk görüşünün təəsüratlarını da bölüşüb:
“Onun 2007-08-ci illərin sonundakı oyunu yadıma gəlir. Zlatan İbrahimoviç zədələnmişdi, oyunda Mario özünü çox yaxşı göstərdi. O zaman mən əmin oldum ki, o ulduz olacaq. O geniş qəlbli, yaxşı insandı. Lakin bəzən əsəbləri də korlaya bilir. Bir dəfə məşqdə məni əsəbiləşdirmişdi. Onun boynundan tutaraq məşqdən qovmaq istədim, amma gücüm çatmadı”.
Hazırda "Nitsa"da çıxış edən Balotelli "İnter" və "Mançester Siti" klublarında Robert Mançininin rəhbərliyi altında çıxış edib.
saytlarin hazirlanmasi