Fransa I Liqasında son illər zəif çıxış edən “Marsel” klubu satılıb.
Sportal.az, klub ABŞ-lı iş adamı Frank Makkurta satılıb. Bu barədə klubun rus əsilli isveçrəli iş adamı Marqarita Luis-Dreyfus məlumat verib. Xanım prezident müqavilənin detallarını açıqlamayıb.
63 yaşlı Makkurt əvvəllər “Los-Anceles Dodgers” beysbol klubunun sahibi olub. O, ötən mövsümü I Liqanı 13-cü yerdə tamamlayan və cari mövsümdə turnir cədvəlinin 12-ci pilləsində məskunlaşan “Marsel”i əvvəlki günlərinə qaytarmaq üçün lazımi güclərinin olduğunu bildirib.
Yeni prezident kluba 200 milyon avro vəsait ayıracaq.
Qeyd edək ki, "Marsel" Çempionlar Liqasında qalib gələn (1993) yeganə Fransa klubudur.
saytlarin hazirlanmasi