"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent-Etyen"in futbolçusu Ole Selnaes Fransa mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, 22 yaşlı norveçli yarımmüdafiəçi Bakıya qələbə üçün gələcəklərini söyləyib:
"İlk oyunda çətinlik çəkdik, yaxşı müdafiə oluna bilirlər. Qol şanslarımız çox oldu. Məncə, səfər qarşılaşması çətin olacaq. Həftəsonu "Monako" ilə vacib oyunumuz var. Çempionatda işlərimiz qaydasında gedir. Avropa Liqasında uğurlu çıxışı davam etdirmək üçün "Qəbələ"ni səfərdə də udmalıyıq. Millinin heyətində səfərdə Azərbaycana uduzmuşam. Ümid edirəm ki, Bakıya səfərim bu dəfə uğurlu olacaq".
Qeyd edək ki, "Qəbələ" - "Sent-Etyen" qarşılaşması noyabrın 3-ü, saat 22:00-da başlayacaq.
saytlarin hazirlanmasi