Falkao yenidən millidə

12:12 - 5 Noyabr 2016

"Monako"nun kapitanı Radamel Falkao uzun fasilədən sonra Kolumbiya yığmasına dəvət alıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kolumbiyanın Çili və Argentinaya qarşı keçirəcəkləri oyun üçün milliyə çağırılıb.

 

1 ildən çox idi ki, yığmadan kənarda qalan Falkao yeni mövsüm "Monako"da uğurlu çıxışı ilə yenidən diqqətləri öz üzərinə çəkə bilib.

 

Qeyd edək ki, Kolumbiya Çili ilə noyabrın 10-da, Argentina ilə isə 15-də qarşılaşacaq.

Xəbər xətti