Fransanın "Loryan" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, rəhbərlik komandanlı Bernard Kasoniyə tapşırıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Məlumata görə, daha əvvəl "Marsel", "Bastiya", "Evian" və "Oser" kimi komandaları çalışdırmış mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Loryen" Fransa çempionatında geridə qalan 12 tur ərzində cəmi 7 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Klub rəhbərliyi məhz bu uğursuzluqlara görə, bir müddət öncə Silvain Ripplu vəzifəsindən qovmuşdu.