"Barselona"nın futbolçusu zədələndi

01:09 - 10 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsveçlə qarşılaşacaq Fransa millisinin heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, müdafiəçi Samuel Umtiti zədələndiyi üçün millinin düşərgəsindən uzaqlaşdırılıb. “Barselona”nın futbolçusunun  əvəzinə yığmaya “Valensiya”dan Elakim Manqalya dəvət edilib.

 

Qeyd edək ki, Fransa  - İsveç qarşılaşması noyabrın 11-də baş tutacaq.

Xəbər xətti