Mövsüm başa çatdıqdan sonra PSJ klubunu tərk edəcək futbolçulardan birinin adına rəsmən aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, söhbət Tiaqo Mottadan gedir. Paris təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq 34 yaşlı futbolçu ilə yeni sözləşmə imzalamayacaq. Bu barədə məlumatı fuutbolçunun meneceri Dario Kanovi verib. O bildirib ki, indidən digər təklifləri dəyərləndirməyə hazırdırlar.
Qeyde edək ki, Motta 2012-ci ildən PSJ-də oynayır. O, karyerası ərzində "Barselona”, "Atletiko”, "Cenoa” və "İnter” kimi klublarda forma geyinib.