Qrizmann millidən kənarlaşdırıldı

19:20 - 13 Noyabr 2016

Fransa millisinin və Madrid "Atletiko"sunun futbolçusu Antuan Qrizman zədələnib.

 

Sportal.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 25 yaşlı forvard İsveç millisi ilə görüşdə sol ayağından zədələnib. O, zədə səbəbindən millinin heyətindən kənarlaşdırılıb və Kot d`İvuar millisinə qarşı hazırlıq matçında iştirak etməyəcək. 

 

Qeyd edək ki, iki gün öncə keçirilən Fransa - İsveç matçı 2:1 hesabı ilə başa çatmışdı.

Xəbər xətti