"Nitsa"da uğurlu çıxışı ilə diqqət çəkən Mario Balotelli maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportal.az xəbər verir ki, o, gələcək karyerası ilə bağlı danışıb.
"Mən İtaliya millisinin fanatıyam. Əgər Campero Ventura məni yığmaya dəvət etsə, ən yaxşı oyunumu sərgiləməyə çalışacam. Əgər Fransa çempionu olsaq, özümə helikopter alacam və Nitsa üzərində uçacam. Mən əslində o vaxt "Yuventus"a transfer olunmalı idim. Ancaq bəzi problemlərə görə keçidim baş tutmadı. Sinişa Mixayloviç haqlı idi. "Milan"dakı ikinci mövsümün uğurlu alınmadı. Bəzi problemlərə görə, fiziki formam qaydasında deyildi" deyə, ulduz futbolçu bildirib.
Balotelli "Nitsa" ilə Fransa 1-ci Liqasında çempion olacaqları halda helikopterlə şəhərin üzərində uçacağını bildirib: "Nitsa" ilə Liqa 1-də çempion olsaq, helikopter alıb şəhərin üzərində uçacam".
Qeyd edək ki, Balotelli "Nitsa"da meydana çıxdığı 7 qarşılaşmada 6 qol vurub.
saytlarin hazirlanmasi