Balotelli: "Kloppu heç vaxt tanıya bilmədim"

15:10 - 17 Noyabr 2016

"Nitsa"nın hücumçusu Mario Balotelli açıqlama verib.


Sportal.az xəbər verir ki, futbolçu karyerası ərzində rastlaşdığı məşqçilər haqqında danışıb:

 

“Mənə görə hazırda ən yaxşı çalışdırıcı Roberto Mançinidir. O, fanstastikdir. Mən ona çox borcluyam. 2-ci yerdə isə Mourinyonun adını çəkmək istəyirəm. Portuqaliyalı mütəxəssis həvəsləndirmə barəsində bir sözlə, mükəmməldi. Təəssüf ki, bizim aramızda bir qırıqlıq var. Ən pis məşqçi barəsində soruşsaz, mən Yurgen Kloppun adını çəkərəm. Heç vaxt onu tanıya bilmədim. Hazırda “Liverpul”da bir arxayınlıq var. Ən böyük məyusluğu isə Brendan Rocerslə yaşadım. Məşqlərimiz çox əyləncəli keçirdi. Lakin həyatda bizim münasibətimiz bir fəlakət idi”.

Xəbər xətti