Avro-2016-da Fransa milli komamdasının heyətinə dəvət edilməyən Kərim Benzema üçün yenidən yığmanın qapıları açılır.
Sportal.az Fransa KİV-lərinə istinadən xəbər verir ki, millinin baş məşqçisi Didye Deşam ehtiyac olacağı təqdirdə "Real"ın hücumçüsunu milliyə dəvət edəcəyini deyib. Təcrübəli mütəxəssis Benzemayla aralarında heç bir problem olmadığını bildirib:
"Mənim Benzemayla heç bir problemim yoxdu. Bunu media yaradıb. O, bizim üçün önəmli bir futbolçudu. Mən hər zaman komandaya ən yaxşıları dəvət etməyə çalışıram. Əgər Benzema da komandanın daxili qaydalarına əməl edərsə yenidən yığmaya çağırılacaq".
28 yaşlı forvardın hazırki durumunun 6 ay əvvəlkindən fərqli olduğunu söyləyən fransız mütəxəssis "Hazırda çalışqan bir komandamız var. Oynatmayacağım futbolçuları milliyə dəvət etmirəm. Amma komanda üçün ən yaxşısı nədirsə o qərarı da verəcəm" deyərək fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, Benzema "Lyon"un futbolçusu Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa millisindən uzaqlaşdırılmışdı.
saytlarin hazirlanmasi