PSJ-nin futbolçusunu İngiltərəyə buraxmadılar

20:07 - 22 Noyabr 2016

PSJ Çempionlar Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Arsenal"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Fransa təmsilçisi bu matçda aparıcı futbolçularından olan Serji Orierin xidmətindən yararlana bilməyəcək. 23 yaşlı müdafiəçiyə İngiltərəyə getmək üçün viza verilməyib. Buna görə Fil Dişi Sahili millisinin üzvü vacib matçda komandasına kömək edə bilməyəcək.

 

Parislilər duruma etirazlarını bildirsələr də bu heç nəyi dəyişməyib. Orier "Arsenal"la keçiriləcək qarşılaşmanın heyətindən kənarlaşdırılıb.

 

Qeyd edək ki, "Arsenal" - PSJ görüşü sabah Bakı vaxtilə saat 23:45-də baş tutacaq.

Xəbər xətti