"Məni heç vaxt "Yuventus"un foormasında görməyəcəksiniz"

00:19 - 30 Noyabr 2016

Mövsümün əvvəlində İtaliyanın "Torino” klubundan "Monako”ya transfer olunan  Kamil Qlik açıqlama verib. 
 
Sportal.az xəbər verir ki, Polşa millisinin üzvü adının "Yuventus”la hallanmasına münasibət bildirib. 28 yaşlı futbolçu "Yuventus”a keçməsinin mümkünsüz olduğunu bildirib.
 
O, bunu sabiq komandası "Torino”nun "Yuventus”la əzəli rəqib olması ilə əlaqələndirib: "Məni heç vaxt "Yuventus”un foormasında görməyəcəksiniz. Mən hər zaman "Torino” azarkeşi olaraq qalacağam”. 
 
Qlik "Torino”nun heyətində "Yuventus”a məğlub olduqları matçları unutmadığını da bildirib:  "İtaliya kubokunda "Yuventus”a çox böyük hesabla uduzmuşduq. Həmin oyun keçirdiyimiz ən is matçlardan biri idi. O anları unuda bilmirəm”. 

Xəbər xətti