PSJ-nin baş məşqçisi Unay Emeri komandanın Zlatan İbrahimoviçin yoxluğuna hələ də alışmadığını bildirib.
Sportal.az xəbər verir ki, Emeri bu fikirləri səsləndirib:
"Mən həmişə Zlatan haqqında çox danışıram. Bu da normaldı. Çünki o, klub tarixindəki ən yaxşı futbolçulardan biridir. Futbolçular onsuz oynamağa alışmayıblar. Fikrimcə, biz artıq onsuz oynamağa öyrənirik".
Qeyd edək ki, Zlatan İbrahimoviç yayda PSJ-dən ayrılaraq "Mançester Yunayted"ə keçib.
saytlarin hazirlanmasi