Yurgen Klopp Koutinyonun zədəsindən danışdı

15:56 - 30 Noyabr 2016

"Liverpul"un futbolçusu Felipe Koutinyonun yanvara qədər yaşıl meydanlardan uzaq qalacağı haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, Premyer liqa oyunları çərçivəsində "Sanderlend"lə matçda topuğundan zədə alan futbolçunun yanvar ayına qədər sağalması gözlənilir.

 

"Qırmızılar"ın çalışdırıcısı Yurgen Klopp isə açıqlamasında bunları qeyd edib: 


"Koutinyo 5 həftə və ya daha çox müddətə yenidən geri qayıdacaq. O, bu il liqanın ən yaxşı göstəricisi olan futbolçularından biridir və bunu davam etdirməldir. Bu, bizim üçün bəhanə olmamalıdır. Yolumuza davam etməliyik".

 

Xəbər xətti