İngiltərə milli komandasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, yığmanının baş məşqçisi postuna Qaret Sautqeyt təyin edilib. Onunla 4 illik sözləşmə imzalanıb. Bu barədə məlumat federasiyanın rəsmi saytında verilib.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis Sem Ellardaysın istefaya göndərilməsindən sonra müvəqqəti olaraq millinin baş məşqçisi vəzifəsini icra edirdi.
saytlarin hazirlanmasi